04 sentyabr 2020 16:30
2234

“Lamborghini” ilə qarpız satırdı: Polis cərimələdi - FOTO/VİDEO

Türkiyədə maraqlı hadisə yaşanıb. “İki sahil” xəbər verir ki, İstanbulda “Lamborghini” avtomobilinin “baqajına” yığdığı qarpızı 5 TL-yə satan iranlı sosial media fenomeni 24 yaşlı Milad Hatəmi “şəkər kimi 5 TL” deyə qışqıraraq insanların diqqətini cəlb edib.

Ailəsi ilə birlikdə Antaliyada yaşayan M.Hatəminin çağırışından sonra lüks avtomobildə qarpız satıldığını görən insanlar növbəyə düzülüb. O, jurnalistlərin hədəfinə düşdüyünü anlayan kimi qarpızları yolun kənarına qoyaraq ərazidən uzaqlaşıb.

Bildirilir ki, M.Hatəminin “ticarəti”ni izləmək üçün sürücülər avtomobillərini saxlayıb. Nəticədə qarpız satan “Lamborghini”nin sahibi polis tərəfindən cərimələnib. Belə ki, “Lamborghini”ni sürməyə qarağa qoyulub, M.Hatəmi isə isə 1228 TL cərimələnib.

Qeyd edək ki, İranda sosial mediadakı yazılarına görə həbs edilən M.Hatəmi sərbəst buraxıldıqdan sonra ailəsi ilə birlikdə Türkiyəyə köçüb.