Tayvanda uçurtma festivalında həyacanlı anlar yaşanıb.
“İki sahil” xəbər verir ki, 3 yaşlı qızın boynuna dolanan uçurtma onu havaya qaldırıb.
Belə ki, ətrafdakı insanlar tərəfindən açılan uçurtma, güclü külək nəticəsində birdən havaya qalxıb və balaca uşağın boynuna sarılıb.
Boynuna sarılan uçurtma və güclü külək nəticəsində uşaq 10 metr yüksəklikdə saniyələr ərzində havada qalıb.
Ətrafdakı insanlar küləyin şiddətini azaltmasından sonra uçurtmanı aşağı endirərək uşağı xilas ediblər.
Hadisə nəticəsində uşağın yüngül yaralandığı bildirlir.