Dağıstanın Levaşı bölgəsində nadir hadisə baş verib.
“İki sahil” xəbər verir ki, qadın evinin bağçasında, ağacın altında ağzı açıq vəziyyətdə yatdığı zaman uzunluğu 1 metrdən çox olan ilan ağzından mədəsinə daxil olub.
Qadın ayılandan sonra mədəsində hərəkət olduğunu deyərək ailəsinə xəbər verib. Ailəsi tərəfindən xəstəxanaya aparılan qadının rentgenoqrafiyası çəkildikdə mədəsində ilan olduğunu məlum olub. Həkimlər dərhal qadını əməliyyat otağına aparıblar. Uzunluğu 1 metrdən çox olan ilan xüsusi alətin köməyi ilə anesteziya ilə yatan qadının mədəsindən çıxarılıb.
Əməliyyat zamanı çəkilən görüntülər mətbuata təqdim edilib. Həkimin ilanın quyruğundan tutaraq qadının boğazından götürdüyü görüntülər ölkədə ən çox izlənilən video olub.
Xəstəxanadan verilən açıqlamada ilanın diri çıxarıldığı və qadına zərər vermədiyi bildirilib. İlanın zəhərli ilan olmadığı, qadının isə xəstəxanada nəzarət altında olduğu açıqlanıb.