Yaxud bayrağını qoruyan bandit, xuliqan, vətənşüvən deyil...
Erməni siyasi mətbəxində hazırlanan tezislər əsasında bayrağının və şəhidinin qürurunu qoruyan azərbaycanlılara bandit deyən Sevinc Osmanqızının içində Azərbaycana nifrət, azərbaycanlılara kin formalaşıb
Bir azərbaycanlı üçün onun torpağı, bayrağı müqəddəsdir, qeyrətdir, namusdur. Kiçik yaşlı azərbaycanlıdan tutmuş yaşlısına qədər hər kəs bayrağını daim əlində və başının üzərində tutar, himnini oxuyanda həyəcanlanar, qürrələnər. Amma çox təəssüflər olsun ki, bizdən bu keyfiyyəti qoparmaq, bayrağa, torpağa olan sevgimizi yox etmək istəyirlər. Ən pisi də odur ki, bunu ermənilər içimizdəki ermənikimilər vasitəsilə edirlər.
Təsəvvür edin ki, Ermənistan Tovuz rayonuna hücum edən gündən orduya, hakimiyyətə, xalqa xaincəsinə hücum edən Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli və digərləri indi də xaricdə səfirliklərimizi, bayrağımızı, milli qürurunu müdafiə edən, Qarabağ deyib Orduya və dövlətə dəstəyini bildirən azərbaycanlılara xaincəsinə hücum edirlər.
Erməni siyasi mətbəxində hazırlanan tezislər əsasında bayrağının və şəhidinin qürurunu qoruyan azərbaycanlılara bandit, xuliqan, vətənşüvən deyən Sevinc Osmanqızı bir görün nələr deyir: "Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən... Erməni həmkarımla sualları cavablandırırdım... Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq... Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcək. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin "V" hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir"...
Sevinc Osmanqizi,
- birincisi, sən ermənilərin hüquqlarının müdafiəçisi olsan da, bilməlisən ki, bu gün torpaqlarımız azad olunmayınca azərbaycanlılar üçün hər yer Qarabağdır;
- ikincisi, qarşıdurmanı erməni millətçiləri başladıblar. Sən bunu Azərbaycan tərəfi başlatdı deməklə birbaşa erməni siyasi mətbəxinə xidmət edirsən;
- üçüncüsü, erməni lobbisi Qarabağ məsələsini ABŞ-da, Avropada "özününküləşdirəndə" dillənmirsən, amma azərbaycanlılar ABŞ-da və Avropada təbii haqqını tələb edəndə deyirsən çıxın gedib Qarabağa? Bu da sənin erməni maraqlarına xidmətindir.
- dördüncüsü, dünyanın istənilən yerindəki səfirliyimizin, konsulluğumuzun ərazisi, binaları elə Azərbaycan deməkdir. Bisavad olduğundan bilmirsən ki, harada olmasından asılı olmayaraq, səfirlik ərazisi həmin dövlətə məxsusdur. Məgər azərbaycanlı erməni terrorçularına imkan verməli idi ki, səfirliyə - Azərbaycana hücum etsinlər? Elə səfirliyimizin müdafiəsi bayrağımızı, torpağımızı qorumaq demək idi. Ona görə də azərbaycanlılar ermənilərin başlatdığı təxribata cavab verməli oldular.
- beşincisi, Vətən naminə vuruşan insanlar nə zamandan bandit, xuliqan olur? Belə çıxır ki, sənin üçün şəhid anlayışı da yoxdur. Belə çıxır ki, sənə görə torpaq naminə şəhid olan igidlərimiz erməniyə güllə atdığına görə, xaricdə azərbaycanlılar bayrağını qoruduğuna görə banditdirlər, xuliqandırlar?
- altıncısı, səni erməni qayğısı o qədər tükədib ki, içində Azərbaycana nifrət, azərbaycanlılara kin formalaşıb. Ona görə də, ermənilərin çirkin əməllərinə qarşı çıxanlara, bayrağını qoruyanlara vətənşüvən deyirsən...
Bəli, gördüyünüz kimi, ermənilər bizim içərimizdə Sevinc Osmanqızı kimi erməni süfrəsindən qidalananlarla nifaq salırlar. Sevinc Osmanqızı kimilərə azərbaycanlıları təhqir etdirirlər. Çox təəssüflər olsun ki, zaman-zaman sumbatyanlardan, əliheydərlərdən istifadə etmiş düşmənlərimiz müasir günümüzdə Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli və digərlərindən istifadə edir...
Söz hər zamanki kimi xalqındır. Xalq görsün ki, açıq düşmənimiz ermənilərdirsə, içimizdəki ermənidən geri qalmayan düşmənlərimiz də Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli, cəbhəçilər və milli şuraçılardır. Onlara yerini göstərmək də xalqa düşər...
Ramil Vəlibəyov,
YAP Sosial media qrupunun rəhbəri
Vüqar Rəhimzadə: İnsan amilinə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindəndir
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Elçin Əmirbəyov: Bakı-Amsterdam münasibətlərində istifadə edilməmiş potensial qalır