İlk dəfədir Qarabağa səfər edirəm və burada yaşayışın, iqtisadiyyatın və sosial münasibətlərin tam şəkildə yenidən qurulduğunu gözlərimlə görürəm. Sizi təbrik edirəm, çünki gələcəyə yönəlmiş ölkəniz var. Bu ərazilər iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Juan Salazar Alvarez deyib.
Diplomat, həmçinin Azərbaycan və Çili arasında əməkdaşlıq perspektivlərinə toxunaraq, ticarət əlaqələrinin genişləndirilməsinin prioritet olduğunu vurğulayıb: “Biz ikitərəfli ticarəti inkişaf etdirməyə çalışırıq. Çilinin Azərbaycana təqdim edə biləcəyi məhsullar var – məsələn, qızılbalıq, meyvələr və əlbəttə, Çili şərabı. Bu məhsulları sizin bazarlara və evlərə çatdırmaq istəyirik”.
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb