Qarabağ, xüsusilə də Xocalı Soyqırımı Memorialı ilə bağlı çox təəssüratlarım var. Baş verən hadisələrin tarixi Memorialda aydın şəkildə təqdim olunur. Bu, yaddaşın gələcək nəsillərə ötürülməsi üçün vacibdir ki, belə faciələr heç vaxt unudulmasın.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib.
Diplomat Qarabağa səfəri zamanı Xankəndini ziyarət etdiyini və orada Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olduğunu da vurğulayıb. “Mən Xankəndiyə gələndə həmişə sevinirəm, çünki hər dəfə yeni binalar və yeni fakültələr görürəm. Ən əsası isə mədəni həyat inkişaf edir, tələbələr və müəllim heyəti üçün həm təhsil, həm də yaşayış cəhətdən bütün lazımi şərait yaradılıb”, - deyə o vurğulayıb.
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub VİDEO