İndiki AXC və ya AXCP! Bu abreviaturalar sizə nə deyir? Son təxribat olaylarından sonra bu abveaturalar Adi Xəyanətkarlar Cəbhəsi (Partiyası) kimi açıqlanır və cəmiyyət də artıq buna əmindir.
Bu AXC(P) Azərbaycanda bir xəyanət tarixi yazıb:
- 1990-cı ildə insanları qırğına verib,
- 1992-ci ildə hakimiyyət naminə Xocalı soyqırımının baş verməsinə səbəb olub,
- Şuşanın, Laçının, Ağdərənin, Kəlbəcərin işğalına şərait yaradıb,
- Azərbaycanı parçalayıb, şimallı və cənublu separatizm yuvaları hazırlayıb,
- Vətəndaş müharibəsi törədib,
- Xalqı aclıqla imtahan edib və s. (yadımızdan çıxanlar varsa siz qeyd edin)
İndi də ən böyük xəyanəti edir və şəhidləri partiyalılığına görə fərqləndirirlər. Hər gün efirlərdə qayınatası ilə birgə erməniləri vəsf edən Seymur Həzi deyir ki, “möhürümüz canımız, mürəkkəbimiz şəhidlərimizin qanıdır”.
Seymur Həzi, sən sədrin üçün ən yaxşı halda digər müşavirlər kimi, televizor-antena ustası tapa, bazarlıq edib gətirə və s. ailə xidməti işləri görə bilərsən. Sənin timsalında Əli Kərimliyə, İlham Hüseynə, Emil Səlimə, Nicat Abdullazadəyə, Ayaz Məhərrəmliyə və digər trollara deyirik ki, möhürünüz də, mürəkkəbiniz də saxta mühacir alverinə sərf olunur. Şəhidləri təhqir edib, daha da iyrəncləşməyin. Türkelin, Selcanın bahalı həyatı üçün mühacir alverində xaricə qaçmaq üçün 10 min dollara satdığınız arayışların şəhidlərin qanı ilə imzalandığını, möhürləndiyini iddia edirsinizsə, sizdən böyük xain və düşmən yoxdur bu ölkədə.
Şəhidlər xalqımıza məxsusdur. Xalq şəhidlərinin adını daim uca tutur və Adi Xəyanətkarlar Cəbhəsinin (Partiyasının) şəhidlər arasında ayrı-seçkilik saldığına görə şiddətlə qınayır. İctimaiyyət Əli Kərimli başda olmaqla AXC(P)-nin bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istəməyini tələb edir.
Əgər Əli Kərimli və onun trolları üzr istəməsələr, demək ki erməni mahiyyətli olduqlarını isbatlamış olacaqlar.
Vüqar Rəhimzadə: İnsan amilinə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindəndir
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Elçin Əmirbəyov: Bakı-Amsterdam münasibətlərində istifadə edilməmiş potensial qalır