19 iyun 2020 14:03
1852

Heyvanlar da yaxşılığı unutmur VİDEO

Türkiyənin Zile bölgəsinin Üçkaya kəndindəki dağda tapdıqları körpə tülkü balasını böyüdərək vəhşi təbiətə yenidən buraxıblar. 

"İki sahil" xəbər verir ki, kənd sakini Elif xanım böyütdüyü tülkünü təbiətə buraxıb. Elif xanım bildirir ki, oğlu tülkü balasını inəkləri orararkən meşədə tapıb: "İnək südü ilə bəslədik, çimdirdik. Bizə öyrəşib. Pamuk deyə çağıranda meşədə olsa da səsimizə geri gəlir."

Qeyd edək ki, tülkü balası böyüdüyü evə demək olar ki, hər gün gəlir. Evin xanımı olan Elif ziyarətə gələn insanlara tülkünün sədaqətindən danışır.