02 iyun 2018 00:49
2189

Kosmonavtlar kosmosda futbol oynadılar

Rusiyalı kosmonavtlar Anton Şkaplerov və Oleq Artyomov Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində “Telstar-18” topu ilə futbol oynayıblar.

“Ölkə.Az” xəbər verir ki, top 3 iyun tarixində Yerə qayıdacaq və futbol üzrə dünya çempionatının açılışını edəcək.

Əyinlərində DÇ-2018 loqosu olan köynək geyinən kosmonavtlar top ilə paslaşıblar. Video çarx eyni zamanda “RT360” panorama kameraları ilə də lentə alınıb.