Yeni sərhəd nəzarət sisteminin tətbiqindən sonra 27 mindən çox şəxsə Avropa İttifaqına giriş qadağan edilib. Bundan əlavə, təxminən 700 nəfər təhlükəsizliyə potensial təhdid kimi müəyyən edilib. Bu barədə Avropa Komissiyası məlumat verib.
“İki sahil” xəbər verir ki, yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi pasportlara vurulan möhürləri rəqəmsal qeydiyyatla əvəz edir. Sistem ötən ilin oktyabrında işə salınıb və hazırda bütün Avropa İttifaqı ərazisində, həmçinin Şengen zonasına daxil olan ölkələrdə tam fəaliyyət göstərməyə başlayıb.
Sistem tətbiq olunandan bəri Aİ sərhədindən 52 milyondan çox giriş-çıxış qeydə alınıb.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir