SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) “28 May” və N.Nərimanov adına neft və qazçıxarma idarələrinin (NQÇİ) 2020-ci ili əhatə edən büdcələrinə dair müzakirələr aparılıb. Əvvəlcə bu il görülən işlər və qarşıda duran hədəflərlə bağlı qısa təqdimatlar keçirilib.
Birliyin baş direktoru Daşqın İskəndərov bildirib ki, minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır. Onun sözlərinə görə, əməyin mühafizəsi, texniki təhlükəsiz qaydalarına ən yüksək səviyyədə əməl etmək, eyni zamanda, illik hasilat planını tam olaraq yerinə yetirmək hər zaman prioritet olaraq qalır.
Müzakirələr zamanı verilən təkliflər nəzərdən keçirilib, gələn il üçün hədəflər müəyyənləşdirilib.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO