26 iyul 2019 17:39
1668

Neft emalçıları yay istirahətlərini necə keçirirlər?

Bu gün SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal fəaliyyəti ilə yanaşı, sosial layihələrə, işçilərin asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri İlham Quliyev sözlərinə görə, ötən dövrdə sağlamlıqlarının qismən bərpası üçün 16 nəfərə sanator-kurort yollayışı (Abşeron, Bilgəh, Mərdəkan, Qaranquş və s.), 71 nəfərə isə Naftalanda yerləşən “Qaşaltı” sanatoriyasına yollayış verilib. Yanvar-may aylarında 179 işçiyə maddi yardım edilib.

Qeyd edək ki, 2019-cu ildə zavodun idmançıları “Neftçi İdman Klubu” İctimai Birliyinin təşkil etdiyi və Həmkarlar İttifaqı Komıtəsinin təşəbbüsü ilə keçirilən müxtəlif idman növləri üzrə yarışlarda iştirak edərək, böyük uğurlar qazanıblar. Kişi və qadınlar arasında volleybol, futtenis və zavodun yenidənqurulması və modernizasiya layihəsində iştirak edən xarici və yerli şirkətlərin iştirakı ilə futbol turnirlərində iştirak etmiş zavodun idman komandası üzvlərinə gündəlik yemək və nəqliyyat xərcləri, mükafatlandırılma və idman formalarının alınmasına üçün pul vəsaiti ayrılıb.   

İlham Quliyev bildirib ki, talassemiyalı uşaqlara yardım məqsədi ilə SOCAR tərəfindən  təsdiq olunmuş qrafikə uyğun olaraq 2019-cu ilin yanvar ayında ”Donor günü” keçirilib, qanvermə aksiyalarında 162 nəfər işçi iştirak edib. Novruz bayramının qeyd olunması üçün zavod işçilərinin uşaqlarına Novruz şənliklərinə və Bakı Dövlət Sirkinə biletlər alınıb.

HİK sədri qeyd edib ki, 3 saylı istehsalatın və 11, 21A, 17 saylı sahələlərin müraciətləri əsasında  bəzi avadanlıqlar alınıb işçilərin istifadəsinə verilib: “Zavod ərazisinin yaşıllaşdiırılması məqsədi ilə gül kolları və ümummilli lider Heydər Əliyevin abidəsi ətrafı üçün ot örtüyü əkilib. Mədəniyyət evi üçün də bəzi texniki avadanlıqlar alınıb”.

Bütün bunlarla yanaşı, 2018-ci ildə sağlamlıqlarının qismən bərpası üçün 39 nəfərə sanator-kurort yollayışı (Abşeron, Bilgəh, Mərdəkan, Qaranquş və s.), 337 nəfərə Naftalanda yerləşən “Qaşaltı” sanatoryasına yollayış verilib. İsti yay günlərində işçilərin istirahətinin təşkili istiqamətində də işlər görülüb. HİK tərəfindən İsmayıllıda yerləşən “Qızıl qaya” istirahət mərkəzlərinə 2 və 3 günlük yollayışlar təşkil edilib. 226 nəfər ailə üzvləri ilə birlikdə və bundan əlavə 77  nəfər ailə üzvləri ilə birlikdə 5 günlük “Qusar göl”, “Park Qusar”, İsmayıllı rayonunda yerləşən “Şahbulaq”,  Nabranda yerləşən “Elay”, “Palma” istirahət mərkəzlərinə yollayışlar verilib. İl ərzində 437 işçiyə maddi yardım edilib.

Talassemiyalı uşaqlara yardım məqsədi ilə SOCAR tərəfindən  təsdiq olunmuş qrafikə uyğun olaraq zavodda 2018-ci ilin yanvar ayında ”Donor günü” keçirilib və qanvermə aksiyalarında 108 nəfər iştirak edib. Yeni il və Novruz bayramlarının qeyd olunması üçün zavod işçilərinin uşaqlarına şənliklərə və Bakı Dövlət Sirkinə biletlər alınıb.