Bu gün saat 09:00-dan saat 18:00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində təbii qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır. Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17:00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09:00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO