İyulun 1-i saat 23:20 radələrində Petlim limanının 5 nömrəli yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.
“SOCAR Turkey Enerji A.Ş.”dən (STEAŞ) AZƏRTAC-a bildirilib ki, gəminin bütün əməkdaşları təxliyə edilib, bir nəfər vəfat edib, qazdan zəhərlənən 1 nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Yanğının başvermə səbəbi araşdırılır.
SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “Esyasoft Holding” arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO