“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Türkiyədə yeni aldığı “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətləri “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətinin tərkibində fəaliyyət göstərəcək.
AZƏRTAC STEAŞ-a istinadla xəbər verir ki, “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ”nin rəhbəri isə Gunter Seymus təyin olunub.
Xatırladaq ki, iyunun 17-də “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey”ə satışı tamamlanıb.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.
SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “Esyasoft Holding” arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO