08 aprel 2019 16:07
665

Uşaqlar son anda yanan avtomobildən xilas edildi - VİDEO

Avstraliyanın Kanberra şəhərində qadın son anda iki övladını yanan maşından çıxarıb.

İnsidentin görüntüsünü “About Regional” portalı yayıb.

Aprelin 5-də Ketrin Meys iki oğlunu (beş aylıq və bir yaşlı) da götürərək istirahət üçün parka yollanıb. Qadının “Mazda CX5” markalı avtomobilinin mühərriki işə düşmədiyi üçün onu portativ akkumulyatorun köməyi ilə işlək vəziyyətə gətirməyə çalışıb.

Ancaq Meys bu zaman qurğudan fışıltı səsi eşidilib. Çox keçmədən qurğu partlayıb. Partlayış zərbəsindən avtomobilin şüşələri sınıb, oturacaqları alov bürüyüb.

Qadın maşından düşərək, uşaqlarını çıxarmağa tələsib. Balaca oğlu uşaq oturacağında olduğundan onu açmağa bir neçə saniyə vaxtı gedib. Uşaqları avtomobildən uzaqlaşdırar-uzaqlaşdırmaz avtomobilin salonu bütünlüklə alışıb-yanıb.