Bazar günü Macarıstanda parlament seçkiləri keçiriləcək.
“İki sahil” xəbər verir ki, vətəndaşlar Baş nazir Viktor Orbanın "Fides" partiyası ilə onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyası (KDNP) arasındakı ittifaqın hakimiyyətdə qalıb-qalmayacağına və ya müxalifətdəki "Tisza" partiyasının qalib gəlib-gəlməyəcəyi ilə bağlı qərar qəbul edəcək.
Orbanın da qeyd etdiyi kimi, Macarıstandakı parlament seçkiləri təkcə ölkə üçün deyil, həm də Ukrayna da daxil olmaqla bütün Avropa üçün çox vacibdir.
Seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılacaq və axşam saat 19:00-a qədər açıq qalacaq. Milli Seçki Komitəsinin məlumatına görə, Macarıstanda və xaricdə 8,12 milyondan çox vətəndaş səs vermək hüququna malikdir.
Təxminən 500 min nəfər xaricdən poçt vasitəsilə və ya xarici nümayəndəliklərdə səs vermək hüququna malikdir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir