Türkiyənin "Ankaragücü" futbol komandasının azarkeşlərini daşıyan mikroavtobus qəzaya düşüb.
"Report"un məlumatına görə, başqa bir avtomobilin arxadan çırpılması nəticəsində mikroavtobus aşıb. Nəticədə 2 nəfər ölüb, 23-ü yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, azarkeşlər paytaxt Ankaraya Antalyadan qayıdırmışlar. "Ankaragücü" "Antalyaspor"la keçirdiyi Superliqanın XXIV tur matçında 4:2 hesabı ilə qalib gəlib.