Roma Katolik Kilsəsində daha bir qalmaqal yaşanır. Avstraliya katolik icmasının rəhbəri, kardinal Corc Pell həbs olunub.
O, iki azyaşlı oğlanı zorlamaqda suçlu bilinir.
"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, Roma Papası 1-ci Fransiskin sabiq müşaviri 1996-cı ildə 13 yaşlı iki oğlana təcavüzdə ittiham olunub. Həmin oğlanlar kilsə xorunda olublar.
77 yaşlı C.Pell ittihamları qəbul etməyib.
Melburn Şəhər Məhkəməsinin baş hakimi Piter Krid kardinalların vəkillərinin pullu zaminə buraxılma ilə bağlı vəsatətlərini rədd edib.
Pellə bağlı yekun qərar mart ayında veriləcək.
2014-cü ilədək Melburn və Sidney arxiyepiskopu olmuş C.Pell sonradan Vatikana çağırılıb, Katolik Kilsənin iqtisadi məsələlər üzrə Baş Katibliyinə rəhbər seçilib.
2017-ci ilin iyun ayında Vatikanda müddətsiz məzuniyyətə çıxan Pell Avstraliyaya qayıdaraq məhkəmə qarşısında durub.
Avropada milyonlarla avroluq saxta sənət əsərlərinin satışı cəhdinin qarşısı alınıb
Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır