24 avqust 2026 20:48
103

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

2026-2027-ci tədris ili üzrə birinci sinfə qəbul üçün elektron sistem vasitəsilə 121 min 909 sorğu yaradılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı bildirib.

Hazırda “mektebeqebul.edu.az” portalı vasitəsilə ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və tədrisi digər dillərdə aparılan bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.