15 dekabr 2025 21:38
133

Rusiya ilə Ukrayna arasında mübahisəli məsələlərin 90 faizi razılaşdırılıb

Berlində keçirilən son danışıqlardan sonra Rusiya ilə Ukrayna arasında mübahisəli məsələlərin 90%-i həll edilib. Müzakirələr əsasən təhlükəsizlik zəmanətlərinə yönəlib.

“İki sahil” xəbər verir ki,  "SkyNews" bu barədə ABŞ-ın rəsmi nümayəndəsinə istinadla məlumat verib.

Mənbənin sözlərinə görə, NATO nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulduğu kimi, Ukraynaya zəmanət vermək mümkündür. Bu maddəyə əsasən, alyansın bir üzvünə hücum hamıya hücum hesab olunur.

Bundan başqa, ABŞ tərəfi ərazi mübahisələrinin həllində irəliləyiş olduğunu da bildirib.

Eyni zamanda Rusiya Ukraynanın Avropa Birliyinə daxil olmasını nəzərdən keçirməyə hazırdır və ABŞ-nin fikrincə, sülh müqaviləsi planına daxil olan zəmanətləri qəbul edəcək.