15 dekabr 2025 22:29
152

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“İki sahil” Türkiyənin Milli Müdafiə Nazirliyə istinadla xəbər verir ki, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb.

Nazirliyinin açıqlamasında qeyd olunur ki, sözü gedən dronun nəzarətdən çıxdığı müəyyən olunub.

Arzuolunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurularaq endirilib.