Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Seymur Fətəliyev Ulu Öndərin xalqımızın və dövlətimizin tarixində oynadığı müstəsna rolu, müstəqil, müasir Azərbaycanın qurulması və möhkəmləndirilməsindəki əvəzsiz xidmətləri, eləcə də zəngin və müdrik dövlətçilik irsindən danışıb.
Səfir Ulu Öndərin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu və qüdrətli dövlətə çevrildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə Meksikaya nümayəndə heyətinin rəhbəri kimi rəsmi səfərinə dair videoreportaj nümayiş olunub. Nümayiş olunan materialların Azərbaycan Televiziyasının Qızıl Fonduna aid nadir arxiv görüntülər olduğu vurğulanıb. Diplomat bu səfərin Azərbaycan–Meksika münasibətlərinin tarixi baxımından əhəmiyyətini qeyd edib.
"AnewZ" Ruben Vardanyan haqqında "The Oligarch"s Design" adlı sənədli film hazırlayıb
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib - FOTO