09 dekabr 2025 12:13
695

YAP Kürdəmir rayon təşkilatında partiya veteranı Tofiq Mustafayevin 75 illik yubileyi münasibətilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir (YAP) rayon təşkilatında partiya veteranı, rayon təşkilatının ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş Mustafayev Tofiq Yaqub oğlunun 75 illik yubileyi münasibətilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Yubilyar Tofiq Mustafayev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin  onun  üçün böyük qürur olduğunu söylədi.

YAP Kürdəmir rayon təşkilatı tərəfindən Tofiq Mustafayevə partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına  görə Fəxri Fərman  və hədiyyə  təqdim edilib.