15 dekabr 2025 20:27
127

Macarıstan tələb edir ki, Kiyev xərclənmiş vəsait barədə hesabat versin - Siyarto

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Budapeşt hələ də tələb edir ki, Kiyev Avropa İttifaqından aldığı vəsait barədə hesabat təqdim etsin.

“İki sahil” xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb. 

“Mən təklif etdim ki, hələ də tələb edək ki, Ukrayna indiyə qədər Aİ-dən aldığı vəsait barədə hesabat versin”- deyə, o, qeyd edib.

Siyartoya görə, Ukraynadakı qalmaqal göstərir ki, vəsaitin çox böyük bir hissəsi “korrupsiyalı sistemin dəstəklənməsinə” xərclənmiş ola bilər.