15 dekabr 2025 20:17
135

Konqresmen Beykon ABŞ-dan Ukraynaya uzun mənzilli raketlər göndərməyi tələb edib

ABŞ Nümayəndələr Palatasının üzvü Don Beykon ölkə rəhbərliyinə Ukrayna Silahlı Qüvvələrinə uzun mənzilli qanadlı raketlər göndərməyi təklif edib.

“İki sahil” xəbər verir ki,  o, bu barədə X sosial şəbəkə hesabında sində yazıb.

O, qeyd edib ki, ABŞ Ukraynaya 200 ədəd uzun mənzilli qanadlı raket göndərməlidir.

Daha əvvəl konqresmen Anna Paulina Luna bildirib ki, ABŞ 2026-cı il üçün Kiyevə 400 milyon dollar ayırmaq planından imtina etməlidir.