ABŞ ədliyyə naziri Pem Bondi bildirib ki, ABŞ Ədliyyə Nazirliyi və FBI Kaliforniyada Turtle Island Liberation Front adlı fələstinyönümlü ultra-sol qrupun Yeni il öncəsi planlaşdırdığı bir sıra terror hücumlarının qarşısını alıblar.
“İki sahil” xəbər verir ki, Bondi bu haqda X sosial şəbəkə hesabında yazıb.
Nazirin sözlərinə görə, qrup Kaliforniyanın bir neçə yerində Yeni ilin əvvəlindən başlayaraq partlayışlar törətməyi planlaşdırırmış.
Bundan əvvəl Bondi bildirib ki, noyabrın sonunda Ağ Ev yaxınlığında Milli Qvardiyanın üzvlərinə hücum edən şəxsin ölüm cəzasına məhkum olunması üçün çalışacaq.
Macarıstan tələb edir ki, Kiyev xərclənmiş vəsait barədə hesabat versin - Siyarto