15 dekabr 2025 19:13
113

Lavrov: Avropa Ukrayna münaqişəsindən ABŞ-a mane olmaq üçün istifadə edir

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa siyasətçiləri Ukrayna münaqişəsindən ABŞ-a və sülhün bərqərar olmasını istəyən tərəflərə mane olmaq üçün istifadə edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalı məlumat yayıb.

Lavrovun sözlərinə görə, Avropada Ukrayna böhranından öz mövqelərini gücləndirmək, ABŞ-a qarşı maneələr yaratmaq və ədalətli həll istəyənlərə qarşı addımlar atmaq üçün yararlanırlar.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Berlində Ukrayna ilə danışıqlarda Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tam çıxarılmasında israr edib.