Rusiya Prezidenti Vladimir Putin Rusiya və Hindistan hökumətləri arasında hərbçilərin, eləcə də hərbi gəmilərin və təyyarələrin iki ölkənin ərazisinə göndərilməsi qaydasını müəyyən edən sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə məlumat rəsmi hüquqi aktların dərc olunduğu portala yerləşdirilib.
Sənəd hərbçilərin və texnikanın hərəkəti ilə yanaşı, onların maddi təminatı məsələlərini də tənzimləyir.
Saziş birgə təlimlər və məşqlər zamanı, humanitar yardım göstərilərkən, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında, eləcə də razılaşdırılmış digər hallarda tətbiq olunacaq.
Ratifikasiya Rusiya və Hindistanın hava məkanından qarşılıqlı istifadəni və hərbi gəmilərin iki ölkənin limanlarına daxil olmasını asanlaşdırır, həmçinin hərbi əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
Macarıstan tələb edir ki, Kiyev xərclənmiş vəsait barədə hesabat versin - Siyarto
Konqresmen Beykon ABŞ-dan Ukraynaya uzun mənzilli raketlər göndərməyi tələb edib