Qazaxıstanda Qərbi Qazaxıstan vilayətində baş verən güclü çovğun zamanı itkin düşən üç nəfərin meyiti tapılıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Məlumata görə, daha bir nəfər əl və ayaqlarında donvurma ilə sağ tapılıb. 59 yaşlı bir kişinin axtarışları isə davam edir.
Polisin bildirdiyinə görə, axtarış işlərinə fövqəladə hallar əməkdaşları, hərbi hissə və yerli icra orqanlarından ümumilikdə 49 nəfər və 8 texnika cəlb olunub.
Bundan əvvəl Rusiyanın Saratov vilayətində qar uçqunları səbəbindən 200 nəfərin təxliyə edildiyi bildirilmişdi.
Macarıstan tələb edir ki, Kiyev xərclənmiş vəsait barədə hesabat versin - Siyarto
Konqresmen Beykon ABŞ-dan Ukraynaya uzun mənzilli raketlər göndərməyi tələb edib