Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Xəzər rayonunum Qala qəsəbəsində yerləşən "Cümə" və "Süleyman" məscidlərini ziyarət edib.
Bu barədə “İki sahil"ə Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkədə formalaşmış dövlət-din münasibətləri modeli müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitini təşviq edir.
O, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib və dini təhsil sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb.
Ramin Məmmədov din xadimlərinin cəmiyyətdə nüfuzunun artırılması, onların peşəkar hazırlığının gücləndirilməsi və sosial statusunun yüksəldilməsi istiqamətində dövlət tərəfindən davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə din xadimləri gənclərin maarifləndirilməsi və dini tolerantlığın təşviqi istiqamətində birgə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Dini qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər diqqətə çatdırılıb.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.