22 aprel 2025 13:24
120

Putin Papa Fransiskin dəfn mərasimində iştirak edəcəkmi?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Papa Fransiskin dəfn mərasimində iştirak etməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Xeyr. Prezidentin belə bir planı yoxdur”, - deyə, Peskov bildirib.

Bununla da o, Putinin Papa Fransiskin dəfn mərasimində mümkün iştirakı ilə bağlı sualı cavablandırıb.