22 aprel 2025 16:22
94

Çin avtomobil ixracını birinci rübdə 16 faiz artırıb

Çin 2025-ci ilin ilk üç ayında 1,54 milyon avtomobil ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

“İki sahil” xəbər verir ki,  bu məlumatı "Reuters" Çin Avtomobil İstehsalçıları Assosiasiyasının baş katibi Cui Donqşunun WeChat sosial şəbəkəsindəki yazısına istinadla yayıb.

Cuinin qeyd etdiyi kimi, Çin mart ayında 570 min avtomobil ixrac edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 16% çoxdur.