22 aprel 2025 14:45
112

Roche Trampın tətbiq etdiyi tariflərindən qaçmaq üçün ABŞ-a 50 milyard dollar sərmayə qoyacaq

İsveçrənin Roche holdinqi ABŞ-da istehsala 50 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu açıqlayıb. Bu məbləğ növbəti beş il ərzində mövcud istehsal və logistika mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsinə, həmçinin yeni zavodların tikintisinə sərf olunacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb.

Planın bir hissəsi olaraq şirkət Kentukki, İndiana, Nyu Cersi və Kaliforniyada istehsal və anbar mərkəzlərini genişləndirəcək. Pensilvaniyada gen terapiyası dərmanları istehsal edən yeni zavod, İndianada isə qlükoza səviyyəsini davamlı olaraq izləmək üçün bir zavod tikiləcək.

İsveçrəli dərman istehsalçısı Donald Trampın tətbiq etdiyi idxal tariflərindən yan keçmək üçün ABŞ-da istehsalı artırır. Aprelin 14-də ABŞ prezidenti idxal edilən əczaçılıq məhsullarına 25% həcmində rüsumların tətbiqinə icazə verib.

Şirkər proqram həyata keçirildikdən sonra şirkət ABŞ-dan idxal etdiyindən daha çox dərman ixrac etməyə başlayacaq.

Eli Lilly, Novartis və Johnson & Johnson daha əvvəl ABŞ istehsalına böyük miqyaslı sərmayə qoyacağını elan etmişdilər.