21 aprel 2025 23:08
92

Rusiya Ukraynanın itkilərini açıqladı - 1153-cü gün

Rusiya müharibənin 1153-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 661 təyyarəsi, 283 helikopteri, 52 935 PUA-sı, 604 zenit-raket kompleksi, 22 970 tank və digər zirehli texnikası, 1 544 reaktiv yaylım atəş sistemi, 23 916 artilleriya və minaatanı, 34 389 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.