Telegramın yaradıcısı Pavel Durov bildirib ki, messencer şifrələməni pozmaqdansa bazarı tərk etməyi üstün tutur. Onun sözlərinə görə, şifrələmədən imtina təkcə polisə deyil, həm də cinayətkarlara girişi aça bilər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Pavel Durov Telegram səhifəsində yazıb.
“12 illik tarixində Telegram heç vaxt bir bayt şəxsi mesajı açıqlamayıb. Aİ-nin Rəqəmsal Xidmətlər Qanununa əsasən, Telegram etibarlı məhkəmə qərarı olduqda, cinayətdə şübhəli bilinən şəxslərin mesajlarını deyil, yalnız IP ünvanlarını və telefon nömrələrini açıqlayacaq." -deyə, Durov yazıb.
O, əlavə edib ki, şifrələmə cinayətkarları qorumaq üçün deyil, adi istifadəçilərin məxfiliyi naminə lazımdır.