Amerikalı iş adamı və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask hökuməti tərk etməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, Mask xoşagəlməz “solçu qüvvələrin hücumlarından” bezdiyi üçün getmək istəyir.
Onun səlahiyyət müddəti 2025-ci ilin mayında başa çatır, bu müddətin uzadılıb-uzadılmayacağı hələ məlum deyil.
Nəşrin mənbəsinin sözlərinə görə, Mask departamentin gələcək işi ilə bağlı narahat deyil, çünki onun komandası ABŞ-ın federal agentliklərində kifayət qədər möhkəm oturub.