20 aprel 2025 18:50
98

Hindistanın nəzarətində olan ərazilərdə daşqınlar insan tələfatı ilə nəticələnib

Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Ramban rayonunda baş verən daşqınlar və torpaq sürüşməsi ikisi uşaq olmaqla, üç nəfərin həyatına son qoyub.

“İki sahil” “Xinxua”ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir çox evləri, obyektləri, yolları su aparıb.

Yüzə yaxın insan xilas edilərək müvəqqəti reabilitasiya düşərgəsinə aparılıb.