20 aprel 2025 23:09
90

Hindistanda əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Ramban rayonunda baş verən daşqınlar və torpaq sürüşməsi üç nəfərin həyatına son qoyub.

“İki sahil” xəbər verir ki, təbii fəlakət nəticəsində bir çox evləri, obyektləri, yolları su aparıb.

Yüzə yaxın insan xilas edilərək müvəqqəti reabilitasiya düşərgəsinə aparılıb.