20 aprel 2025 10:11
87

Türkiyədə ağır yol qəzası olub

Türkiyədə yük maşını tur avtobusu ilə toqquşub, 13 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə Bilecik şəhərinin Bozüyük rayonunda qeydə alınıb. Xəsarət alanlar arasında tələbələr də var.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.