20 aprel 2025 12:29
123

ABŞ telekanalında səhv, yoxsa...

ABŞ-nin “Fox News” telekanalı Pasxa bayramı ilə bağlı görüntülər yayımlayarkən Kiyevi Rusiyanın şəhəri kimi təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Vatikan, Moskva və Kiyevdən təntənəli mərasimlərin yayımı zamanı çərçivədə “Kiyev, Rusiya” kimi qeyd edilib.

Bildirilib ki, xəta bir müddət sonra düzəldilib.