19 aprel 2025 11:11
126

Azərbaycanın gübrə ixracı artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 22,887 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,8 % çoxdur.

Azərbaycan isə hesabat dövründə 48,199 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu, 1 il əvvələ nisbətən 77,9 % çoxdur.

Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,4 %-ni, ixrac isə ümumi ixracın 0,75 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.