19 aprel 2025 21:24
110

İmişlidə yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək 

İmişli rayonunda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək.

“İki sahil” xəbər verir ki, rayonun Sarxanlı bələdiyyəsi tərəfindən 5 hektar, 6 hektar və 10 hektar torpaq sahələri kənd təsərrüfatı (heyvandarlıq) üçün hərraca çıxarılacaq.

Qeyd edək ki, İmişlidə yerləşən torpaq sahələri üçün hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində mayın 7-də baş tutacaq.