18 aprel 2025 14:06
157

Səfir: Yaxın zamanda Mərakeşdən Azərbaycana bir neçə yüksək səviyyəli səfər planlaşdırılır

Yaxın zamanda Mərakeşdən Azərbaycana bir neçə yüksək səviyyəli səfər planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib.

“Hazırda iki ölkənin parlament üzvləri də qarşılıqlı səfərlər edirlər. Yaxın zamanda bir neçə mühüm yüksək səviyyəli səfər planlaşdırılır. Bunlardan biri may ayında baş tutacaq”, - səfir qeyd edib.

Diplomat iki ölkə arasıda diplomatik əlaqələrin tarixi və bugünkü inkişaf tendensiyasına da toxunub:

“Mərakeş və Azərbaycan arasında münasibətlər kifayət qədər uzun tarixə malikdir. Biz artıq 30 ildən çoxdur, bu münasibətləri qeyd edirik. Siyasi münasibətlər yaxşı səviyyədədir. Mərakeşlə Azərbaycan ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir.

Xatırladım ki, Mərakeşdə 2023-cü ilin noyabr ayında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın iclası uğurla keçirilib. Azərbaycandan geniş biznes heyətinin də Mərakeşə səfəri baş tutub. 

Biz çox şadıq ki, Mərakeşin Baş naziri , həmçinin energetika və ətraf mühit naziri COP29-da iştirak edib. Biz COP29-da iştirak edən ən böyük nümayəndə heyətlərindən biri idik. Gələcəkdə də yüksək səviyyəli qarşılıqlı səfərlər olacaq”.