19 aprel 2025 15:23
148

Əminə Ağazadə MDB PA-nın iclasında məruzə ilə çıxış edib

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi hümayəndə heyəti  Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.

“İki sahil” xəbər verir ki, iclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.

Parlamentlərarası Assambleyanın iclasında MDB Hüquq komissiyasının sədr müavini Əminə Ağazadə komissiya tərəfindən hazırlanan “Əmlakın mülkiyyətə verilməsi üçün müqavilələr” haqqında, “Dövlət kadastr qiymətləndirilməsi haqqında” və “Açıq müsabiqədən, oyunlardan və mərclərdən irəli gələn mükafat vədindən yaranan öhdəliklər haqqında” model Qanun layihələri ilə bağlı məruzə edib.