18 aprel 2025 13:13
134

İranın cənub-şərqində əməliyyat keçirilib, silahlı qruplaşmanın komandiri və bəsic ölüb

Təhlükəsizlik qüvvələrinin aprelin 18-də İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Kurin rayonunda keçirdikləri əməliyyat nəticəsində qanunsuz silahlıların başçısı Vali Məhəmməd Şahbəxş ölüb.

“İki sahil” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, V.M.Şahbəxş “Ceyş əl-Adl” silahlı qruplaşmanın əməliyyat komandiri olub. O, ötən il İranda bir sıra silahlı hücumlarda aparıcı rol oynayıb.

Məlumata görə, əməliyyat nəticəsində bir neçə silah və sursat aşkarlanaraq götürülüb.

Əməliyyat nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) əsas sosial bazası sayılan yarım hərbi silahlı dəstəsinin bir üzvü (bəsic) də ölüb.