Moskva vilayətində beşinci sinif şagirdi dərs zamanı riyaziyyat müəlliminin baş nahiyəsinə çəkiclə zərbə endirib.
Bildirilir ki, 13 yaşlı məktəbli çantasından çəkici çıxararaq, dərs keçən 69 yaşlı qadının başından vurub. Bundan sonra şagird sinifi qaçaraq tərk edib.
Qadına beyin silkələnməsi, kəllə-beyin travması diaqnozu qoyulub. O, xəstəxanaya aparılıb. Uşağın atası məktəbə, şagirdin özü isə valideynləri ilə birlikdə polis bölməsinə dəvət olunub.
O da məlum olub ki, 13 yaşlı məktəbli dərsə təkcə çəkic deyil, bıçaq da götürüb.
Oxu.Az