21 aprel 2025 02:55
103

Tramp Rusiya ilə Ukraynanın razılığa gələcəyinə ümid edir

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bunu ABŞ lideri “Truth” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, razılıq əldə olunandan sonra hər iki tərəf ABŞ-la əməkdaşlığa başlayacaq:

“Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Hər iki tərəf inkişaf edən Amerika Birləşmiş Ştatları ilə biznesə başlayacaq və sərvət qazanacaq”.