18 aprel 2025 08:00
151

Kiyev və Vaşinqton Ukraynanın mineral ehtiyatlarına dair razılaşma memorandumu imzalayıblar

Ukrayna və ABŞ Ukraynanın mineral ehtiyatlarına dair razılaşma memorandumu imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko “Facebook” səhifəsinə məlumat verib.

“Bu gün biz ABŞ-la birgə İqtisadi Tərəfdaşlıq Sazişi istiqamətində addım atdıq. Ukrayna və Amerika Birləşmiş Ştatları konstruktiv birgə işi və hər iki xalq üçün faydalı olacaq sazişi yekunlaşdırmaq və bağlamaq niyyətini nümayiş etdirən Memorandum imzalayıb”, - deyə bildirib.

Sviridenko həmçinin bəyan edib ki, ölkəsi Ukraynanın Bərpası üçün İnvestisiya Fondu yaratmağa hazırlaşır.

“Müvafiq saziş əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq”, - deyə nazir bildirib.

“Qarşıda Sazişin mətninin yekunlaşdırılması və imzalanması var. Sonra isə parlamentlər tərəfindən ratifikasiya olunacaq”, - deyə Ukrayna nazir qeyd edib.