17 aprel 2025 11:47
129

Britaniyalı nazir Rubio və Uitkoffla Ukrayna münaqişəsinin sona çatmasını müzakirə edəcək

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Parisdə Ukrayna münaqişəsinə son qoyulması üzrə danışıqlarda iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “The Telegraph” öz mənbələrinə istinadla xəbər verir.

Bu, Avropa koalisiyası ilə ABŞ nümayəndələri arasında ilk danışıqlar olacaq. ABŞ tərəfdən isə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ dövlət katibi Marko Rubio iştirak edəcək.

"Xarici işlər naziri ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ dövlət katibi Marko Rubio ilə görüşlər üçün Fransa paytaxtına gedəcək", - "The Telegraph" mənbələrə istinadla yazır.